XİN Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırdı

  22 Mart 2020    Oxunub : 1381
XİN Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırdı
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırıb.
Azvision.az xəbər verir ki, bu barədə XİN-in Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215.000 AZN məbləğində ianə ayrılmasına dair qərar qəbul edilib.

Azvision.az

Teqlər: XİN   Fond   Yardım