Əsgərlər arasında yarış keçirildi

  31 Mart 2020    Oxunub : 1496
Əsgərlər arasında yarış keçirildi
Əsgərlərimiz “Ən yaxşı kəşfiyyatçı-istehkamçı” və “Ən yaxşı kəşfiyyatçı-qumbaraatan” adları uğrunda yarışıblar.
Azvision.az Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ordunun hərbi hissə və təlim mərkəzlərində keçirilən yarışda şəxsi heyətin nəzəri bilikləri, fiziki hazırlığı və praktiki vərdişləri yoxlanılıb.

Mühəndis hazırlığından kəşfiyyatçı-istehkamçılar minaların qurulması, mina sahələrinin aşkar olunması və keçidin açılması, minaaxtaranın işə salınması və istifadə qaydaları, ağac konstruksiyalı elementin hesabatının aparılaraq partladılması üsullarını praktiki yerinə yetiriblər.

“Ən yaxşı kəşfiyyatçı-qumbaraatan” adını qazanmaq üçün əsgərlər qumbaraatanlardan praktiki atışlar icra ediblər.

Nəticələrə əsasən “Ən yaxşı kəşfiyyatçı-istehkamçı” adına əsgər Abdul Mustafayev, “Ən yaxşı kəşfiyyatçı-qumbaraatan” adına isə əsgər Nicat Məmiyev layiq görülüblər.

Qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.

Azvision.az

Teqlər: Naxçıvan   Ordu   Əsgər