Mərakeşin koronavirusla mübarizə təcrübəsi

  09 Aprel 2020    Oxunub : 2459
Mərakeşin koronavirusla mübarizə təcrübəsi
Hazırda dünya yeni növ koronavirus pandemiyası ilə aktiv mübarizədədir. Belə ki, dünya 1,5 milyondan çox insan yeni növ koronavirusa yoluxub, 89 minə yaxın insan isə həyatını itirib.
Mərakeş Krallığı öz ərazisində koronavirus pandemiyası ilə ilk yoluxma halı qeydə aldığı andan etibarən virusun yayılmasının qarşısını almaq üçün geniş tədbirlər həyata keçirməyə başladı.

Bu tədbirlər çərçivəsində, Kral VI Məhəmmədin təşəbbüsü ilə ilk növbədə əhalinin daha həssas təbəqəsini dəstəkləmək üçün Xüsusi Fond yaradılır və 200 milyon dollardan çox ianə edilir. Hazırda isə fond 3 milyard avrodan artıq məbləğ toplaya bilib. Bununla yanaşı, fonda edilən ianələrlə ölkədə mövcud tibbi avadanlıqların modernləşdirilməsi, dərman vasitələrinin əldə edilməsi mümkün olacaq. Digər tərəfdən isə, sözügedən fond ölkədə turizm kimi həssas sahələrin dəstəklənməsinə yardım edəcək.

Krallıq martın 20-də sərhədlərini bağlayaraq ölkədə fövqəladə hal elan edir və ölkədə iqtisadiyyatın ləngiməsi ilə zərər görən həssas əhali qruplarının yaşayışını təmin etmək üçün səfərbər olur. Bununla belə, özəl sektorda çalışan şirkətlərin və işçilərin vəziyyətini yaxşılaşdıraq və üzləşdikləri problemləri aradan qaldırmaq üçün bir neçə tədbirlər planı qəbul edib və əsas olaraq sosial ödənişləri dayandırıb və bank kreditlərinin qaytarılmasına moratorium tətbiq edib. Belə ki, hökumət ölkədə az gəlirli insanlara və işini itirənlərə (4 milyondan çox insan) verilən aylıq müavinətlərin ümumiləşdirilməsi ilə bağlı sıra sosial tədbirlər elan etdi. Bu dövrdə, Mərakeş dövləti mümkün qədər çox iş yerini qorumaq üçün çətinlik çəkən şirkətlərə yardım etmək üçün bir sıra tədbirlər həyata keçirib, ən başlıcası sosial ödənişlərin dayandırılması və bank kreditlərinin qaytarılmasına moratorium qoyub.

Həmçinin, ölkədə tibbi strukturların gücləndirilməsi və epidemiyanın idarə olunması məqsədilə dərman vasitələrinin səfərbər olunması ilə bağlı Silahlı Qüvvələrə göstərişlər də verilmişdir.

Krallığın müvafiq qurumları koronovirusla mübarizəyə qoşularaq qoruyucu maska istehsalı üçün müəssisə yaratmaq qərarına gəlmişlər. Başlanğıc mərhələ üçün aprel ayının sonuna qədər 4 milyon maska istehsal olunacağı planlaşdırılır. Bu maskalar müvafiq administrativ xidmətlər vasitəsilə əhaliyə paylanılacaqdır.

Qeyd etmək lazımdır ki, Mərakeşdə 7 aprel tarixindən küçəyə çıxmaq icazə olan şəxslərdən qoruyucu maska taxmaları tələb olunur. Hazırda Mərakəşdə ümumi 1275 nəfərin koronavirusa yoluxma halı qeydə alınıb. Virus 93 nəfərin həyatına son qoyub, 97 nəfər isə sağalıb.

Günel Ibrahimova
Azvision.az

Teqlər: Mərakeş   Koronavirus