Türkiyədə 3 azərbaycanlı koronavirusa yoluxub

  09 Aprel 2020    Oxunub : 2485
 Türkiyədə 3 azərbaycanlı koronavirusa yoluxub
Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim məlumat verib. Onun sözlərinə görə, indiyədək Türkiyədə 3 Azərbaycan vətəndaşında infeksiya aşkarlanıb.

Səfir bildirib ki, həmin şəxslərdən ikisi evə buraxılıb, digəri xəstəxanada müalicəsini davam etdirir.

Qeyd edək ki, bu günədək Türkiyədə 908 nəfər koronavirusdan dünyasını dəyişib, yoluxanların sayı ilə 42 min 282 nəfərə çatıb.

Azvision.az

Teqlər: Türkiyə   Koronavirus