Daxili işlər orqanlarında kadr dəyişikliyi - Yeni təyinat

  10 Aprel 2020    Oxunub : 2997
 Daxili işlər orqanlarında kadr dəyişikliyi - Yeni təyinat
Azərbaycanın daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub.

Azvision.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəis müavini Yelmar Mehdiyev vəzifəsindən azad edilib.
O, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Nazirin digər sərəncamı ilə Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəis müavini vəzifəsinə Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin rəis müavini Mehman Qurbanov təyinat alıb.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: DİN   Təyinat