İcbari tibbi sığortanın tətbiqi ardıcıllığı müəyyənləşdi

  10 Aprel 2020    Oxunub : 2310
 İcbari tibbi sığortanın tətbiqi ardıcıllığı müəyyənləşdi
İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı təsdiq edilib.
Azvision.az xəbər verir ki, Baş Nazir Əli Əsədov “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi və “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli Qərarının ləğv edilməsi barədə” Qərar imzalayıb.

Qərara əsasən, “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı” təsdiq edilib. Həmçinin “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 2085; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 111 nömrəli Qərarı) ləğv olunub.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-4.1-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə aşağıdakı ardıcıllıq nəzərə alınmaqla tətbiq edilir:

- Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, YevlaxAğdaş rayonlarında 2020-ci ilin yanvar ayından etibarən;

- Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, SabirabadHacıqabul rayonlarında 2021-ci ilin yanvar ayından etibarən;

- Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, ZəngilanŞuşa rayonlarında 2021-ci ilin aprel ayından etibarən.

Azvision.az

Teqlər: Nazirlər-Kabineti