45 445 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi

   45 445 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi
  02 May 2020    Oxunub:4242
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar01.05.2020-ci il saat 00:00-dan 02.05.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
İdarədən Azvision.az -a bildirilib ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə həmin müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 694 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 45445 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Azvision.az



Teqlər: DYP  





Xəbər lenti