İri ticarət mərkəzləri və “Mall”ar açılır

  29 May 2020    Oxunub : 3988
  İri ticarət mərkəzləri və “Mall”ar açılır
Azərbaycanda iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti mayın 31-i saat 00.00-dan bərpa olunacaq.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, yeni qərara əsasən, iri ticarət mərkəzlərinin və “Mall”arın nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanları fəaliyyət göstərməyəcək.

Azvision.az

Teqlər: Qərar   Ticarət-Mərkəzi   Mall