Dövlət turizmçilərə 7,5 milyondan çox yardım edib

Dövlət turizmçilərə 7,5 milyondan çox yardım edib
  30 May 2020    Oxunub:2937
Mayın 15-dək hotelçilər və turizmçilər işçilərin maaşlarını vermək üçün dövlətdən 7 milyon 500 min manatdan çox yardım alıblar.
Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, bu dövrdə dövlət hotellərdə, obyektlərdə dezinfeksiya və digər xərcləri nəzərə alıb və şirkətlər üçün güzəştlər edir:

"Turizm sahəsinə dəyən ziyan uzunmüddətli olacaq. Dəstək üçün yeni mexanizmlər axtarırıq. Onu deyə bilərəm ki, dünya turizmi bir-iki ilə tam olaraq formalaşacaq”.

Azvision.az



Teqlər: Turizm   Koronavirus  





Xəbər lenti