Prokurorluq Biləsuvardakı qətllə bağlı məlumat yaydı
İstintaqla hadisənin zərərçəkmişin tanışı 1992-ci il təvəllüdlü Fərid Hətəmov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Fərid Hətəmov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azvision.az
Teqlər: Prokurorluq Biləsuvar