Şəki sakinindən silah-sursat götürüldü

Şəki sakinindən silah-sursat götürüldü
  04 İyun 2020    Oxunub:3021
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini R.Əliyevin evinin zirzəmisindən “Naqan” markalı tapança, “İJ” markalı yivli tüfəng və 41 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti