Yaşayış binasında təhlükənin qarşısı alındı

  05 İyun 2020    Oxunub : 2384
Yaşayış binasında təhlükənin qarşısı alındı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanında dəmir parçasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər dəmir parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Azvision.az

Teqlər: FHN