144 Azərbaycan vətəndaşı ölkəyə gətirilir

 144 Azərbaycan vətəndaşı ölkəyə gətirilir
  05 İyun 2020    Oxunub:4022
Azərbaycanın milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyədən Azərbaycan vətəndaşlarının gətirilməsi üçün iyunun 5-də Bakı-Ankara-Bakı istiqaməti üzrə daha bir çarter reysi yerinə yetirib.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, budəfəki reyslə biri körpə olmaqla 144 vətəndaşımız Azərbaycana göndərilib.

Qeyd edək ki, vətəndaşlarımızın Türkiyədən təxliyəsi martın 15-dən davam edir. "Azərbaycan Hava Yolları" (AZAL) Türkiyə istiqamətindən bundan əvvəl mayın 22-də çarter reysini İstanbuldan həyata keçirib. Təlimata uyğun olaraq xəstə, tənha, uşaqlı qadınların daşınmasına üstünlük verilir.





Azvision.az



Teqlər: AZAL   Ankara   Türkiyə  





Xəbər lenti