Naxçıvanda quşların sayı artıb

Naxçıvanda quşların sayı artıb
  05 İyun 2020    Oxunub:3653
Son illər Naxçıvan Muxtar Respublikasında yaşıllıqların sahəsi 10 dəfədən çox artıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, muxtar respublikada aparılan yaşıllaşdırma tədbirlərində ekoloji əhəmiyyətlə bərabər, iqtisadi səmərəlilik də əsas götürülərək meyvə bağlarının salınması da diqqətdə saxlanılıb:

"Hazırda muxtar respublikanın ümumi ərazisinin 20 faizə qədəri yaşıllıqlarla örtülüb. Müqayisə üçün bildirək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində bu göstərici yalnız 0,6 faizə bərabər idi. İnkişaf etmiş ölkələrdə bu göstərici ümumi ərazilərin yalnız 10-15 faizini təşkil edir. Milli park, yasaqlıq və digər təbiət ərazilərində aparılmış inventarlaşma, ümumilikdə, fauna ehtiyatlarının ayrı-ayrı növlər üzrə müxtəlif artım tempini müəyyən edib. Belə ki, nadir növlərdən olan muflon, bezoar dağ keçiləri muxtar respublika ərazisində xeyli artıb. Onlar sürü şəklində Şahbuz, Şərur, Ordubad və Culfa rayonlarının ərazisində müşahidə olunur. Bu heyvanların artımı dünya təbiətinin nadir növlərindən olan bəbir ailəsinin yem bazası olduğundan onların yaşam arealı genişlənib. Hazırda bəbirlərin 9 fərdinin yaşaması qeydə alınıb. Ümumilikdə, quşların sayında 7-10 faiz, məməli heyvanların sayında 10-12 faiz artım müşahidə olunur".

Azvision.az


Teqlər: Naxçıvan   Ekologiya  





Xəbər lenti