İctimai nəqliyyatın hərəkəti dayandırıldı

  06 İyun 2020    Oxunub : 3415
  İctimai nəqliyyatın hərəkəti dayandırıldı
Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti iki günlük qadağan edilib.
Azvision.az -ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 2020-ci il 6 iyun saat 00:00-dan Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.

Xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisnadır.

Azvision.az

Teqlər: Qərar