Keçmiş məhkum 2,5 marixuana ilə tutuldu

  06 İyun 2020    Oxunub : 2451
Keçmiş məhkum 2,5 marixuana ilə tutuldu
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Gəncə dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunan K.Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan çəkisi 2 kiloqram 380 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.


Azvision.az

Teqlər: DİN