Qardaşının qatilini ürəyindən bıçaqladı - Dəhşətli cinayətin təfərrüatı (FOTO)
Belə ki, 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğlu və 1988-ci il təvəllüdlü Qasımov Zöhrab Vəli oğlu bıçaqlanaraq öldürülüb, onun 31 yaşlı qardaşı Qasımov Tofiq isə yaralanıb. Hazırda yaralının vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumatlara əsasən, hadisə pul borcu üstündə baş verib. N.Rəhimov mübahisə zəminində Z.Qasımovu bıçaqlayaraq öldürüb. Qardaşının öldüyünü görən T.Qasımov bıçaqla Namiqin ürəyindən vurub. Tofiq Qasımova isə N.Rəhimovun kimliyi məlum olmayan tanışı kəsici alətlə ağır xəsarətlər yetirib. Həmin şəxsin hadisə yerindən qaçdığı deyilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
(Fotodakı şəxs Tofiq Qasımovdur)
Azvision.az