Borca görə tanışını öldürdü, özü də qətlə yetirildi - FOTOLAR
Hadisə pul borcu üstündə baş verib. İlkin məlumatlara əsasən, N.Rəhimov mübahisə zəminində Z.Qasımovu bıçaqlayaraq öldürüb. Qardaşının öldüyünü görən T.Qasımov bıçaqla Namiqin ürəyindən vurub. Tofiq Qasımova isə N.Rəhimovun kimliyi məlum olmayan tanışı kəsici alətlə ağır xəsarətlər yetirib. Həmin şəxsin hadisə yerindən qaçdığı deyilir.
31 yaşlı T.Qasımov xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
(Fotolardakı şəxs Rəhimov Namiq Tahir oğludur)
(Fotolardakı şəxs Tofiq Qasımovdur)
Azvision.az