Bakıda ağır qəza, 5 nəfər xəsarət aldı
Qəza nəticəsində 2000-ci il təvəllüdlü Məmmədli Hüseyn Novruz oğlu, 1991-ci il təvəllüdlü Mayılov Cəbrayıl Fərahim oğlu, 1999-cu il təvəllüdlü Umudov Orxan Həsən oğlu, 2000-ci il təvəllüdlü Əhmədov Ruslan Elşən oğlu və 17 yaşlı Zeynallı Əkbər Əbülfəz oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Report-un məlumatına görə, H. Məmmədliyə burun əzilməsi və bədənin küt travması, C. Mayılova ayağın sınması, O. Umudova kəllə-beyin travması, baş-beyin əzilməsi, R. Əhmədova burun əzilməsi və Ə. Zeynallıya sol bazunun çıxığı, bədənin çoxsaylı sıyrıntı diaqnozları qoyulub.
Azvision.az
Teqlər: Qəza