Mingəçevirdə maşınla vurulan velosipedçi öldü

Mingəçevirdə maşınla vurulan velosipedçi öldü
  09 İyun 2020    Oxunub:2952
Mingəçevir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, iyunun 8-də saat 19 radələrində Mingəçevir şəhərinin Samux küçəsində şəhər sakini F.Paşayev idarə etdiyi “VAZ-2109” markalı avtomobillə velosipedlə yolu keçən şəhər sakini Gündüz Məmmədovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş velosipedçi orada ölüb. Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti