Qubalıları fəlakətdən “qoruyan” inanc yeri - FOTOREPORTAJ
Hacı Mahmud ziyarətgahı kəndin mərkəzində yerləşir. Kənd camaatı hər il bayram günlərində bu ziyarətgaha gedir, öz əcdadlarını yad edirlər.
Deyilənə görə, sözügedən kənddə 3 övliya dəfn olunub. Kənd sakinləri hesab edirlər ki, övliyaların ruhu onları pis əməllərdən, fəlakət və qorxunc hadisələrdən qoruyur. Ona görə də sakinlər ziyarətgahı müqəddəs hesab edirlər.
Sakinlərin fikrincə, Hacı Mahmud piri kəndin mənəvi mühitinin təmiz qalmasına, kənd camaatının müqəddəs duyğular və hisslərlə yaşamasına köməklik göstərir. Məhz elə bu səbəbdəndir ki, ziyarətçilər hər zaman çox olur. Kəndin insanları bu övliyalar haqqında müxtəlif hekayələr danışır və onların varlığına inanırlar.
Azvision.az-ın Hacı Mahmud ziyarətgahından hazırladığı fotoreportajı təqdim edirik:
FOTO: Şahin Sərdarov
Azvision.az
Teqlər: Quba