Sərnişinləri qanunsuz yollarla Bakıya gətirən sürücülər saxlanıldı - FOTO
Araşdırma zamanı müəyyən olunub ki, Hafiz Ağayev və Elçin Əliyev sərnişinləri əvvəlcədən razılaşdırdıqları kimi Ələt qəsəbəsindəki karantin postuna bir neçə kilometr qalmış avtomobildən düşürürmüşlər. Burada isə sərnişinləri Şərkan Kamalov və Şamo Kamilov idarə etdikləri mikroavtobuslara mindirərək posta daxil olmadan müxtəlif yollarla paytaxta gətiririblər.
Qeyd edilən faktlarla bağlı dəstə üzvlərinin hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs ediliblər.
Azvision.az