Serbiyada koronavirusa yoluxanların sayı 12 minə çatır

Serbiyada koronavirusa yoluxanların sayı 12 minə çatır
  09 İyun 2020    Oxunub:3095
Serbiyada ötən sutka 69 nəfərə koronavirus diaqnozu qoyulub.
Azvision.az xəbər verir ki, bu barədə məlumatı Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 11 965-ə çatıb. 7 milyon əhalisi olan Serbiyada indiyədək 250 nəfər pandemiyanın qurbanı olub.

Qeyd olunub ki, son 24 saat ərzində koronavirusun yaratdığı xəstəlikdən heç kim ölməyib.


Azvision.az



Teqlər: Serbiya   Koronavirus  





Xəbər lenti