Bu günə 38 dərəcə isti gözlənilir
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 40-45 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azvision.az
Teqlər: Hava