Mühafizəçi sərxoş vəziyyətdə qəza törətdi, dayısı öldü

Mühafizəçi sərxoş vəziyyətdə qəza törətdi, dayısı öldü
  10 İyun 2020    Oxunub:2788
İsmayıllı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Azvision.az xəbər verir ki, hadisə rayonun Kürdmaşı kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, “Aznar” MMC-də mühafizəçi işləyən, 1989-cu il təvəllüdlü İlqar Bağırlı sərxoş vəziyyətdə idarə etdiyi “Fiat” markalı avtomobili daş hasara çırpıb. Nəticədə avtomobildə olan dayısı, 1963-cü il təvəllüdlü Mahir Osmanov hadisə yerində ölüb.

Faktla bağlı İsmayıllı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (sərxoş vəziyyətdə yol istismar qaydasını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az


Teqlər: İsmayıllı   Qəza  





Xəbər lenti