Bakı sakinindən 6 kq-dan çox marixuana götürülüb

Bakı sakinindən 6 kq-dan çox marixuana götürülüb
  10 İyun 2020    Oxunub:3167
Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Abdullayev saxlanılıb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb.

Ətrafında aparılmış tədbirlərlə onun rayon ərazisindəki yarımtikililərin birində gizlətdiyi 6 kiloqram 733 qram marixuana da aşkar edilib.

Azvision.az


Teqlər: Bakı   Narkotacir  





Xəbər lenti