Əhalinin gəlirləri 22 milyard manatı ötüb

Əhalinin gəlirləri 22 milyard manatı ötüb
  10 İyun 2020    Oxunub:2660
Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 22 milyard 382,1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əvvəlki ilin eyni dövrünə nisbətən əhalinin gəlirləri 1,3% artıb və əhalinin hər nəfərinə orta hesabla 2 247,9 manatlıq gəlir düşüb.

Əhalinin banklardakı əmanətləri isə 2020-ci il 01 may vəziyyətinə 7 milyard 758,0 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 11 faiz azdır.

Azvision.az



Teqlər: Gəlir  





Xəbər lenti