Astara sakini 6 kq-dan çox narkotiklə tutuldu

Astara sakini 6 kq-dan çox narkotiklə tutuldu
  11 İyun 2020    Oxunub:2571
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Maşxan kənd sakini Mirəli Bəşirovun yaşadığı evin həyətyanı sahəsində kultivasiya yolu ilə becərdiyi 18 ədəd çətənə kolu aşkar olunub.

Davam edən əməliyyat tədbiri ilə M.Bəşirovun yaşadığı evin həyətinə keçirilən baxış zamanı oradakı yarımtikilidən 3 ədəd şəffaf şüşə balonda və 2 ədəd sellofan torbada ümumi çəkisi 6 kiloqram 100 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Astara   Narkotik  





Xəbər lenti