Bakıda əcnəbini döyüb pulunu oğurladılar

Bakıda əcnəbini döyüb pulunu oğurladılar
  11 İyun 2020    Oxunub:2977
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş iyunun 9-da rayon ərazisində 3 nəfərin onu döyərək cibindən 1000 manat pulunu götürməsini bildirib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, dərhal başlanılmış əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri S.Qəmbərzadə, A.Məlikov və K.Qurbanov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: Əcbəbi   Pul   Oğurluq  





Xəbər lenti