Bakıda narkotik plantasiyası aşkarlandı

 Bakıda narkotik plantasiyası aşkarlandı
  12 İyun 2020    Oxunub:2834
Bakıda narkotik becərən şəxs saxlanılıb.
Azvision.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Sabunçu rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Narkotiklə Mübarizə Bölməsi əməkdaşları daxil olan məlumat əsasında qəsəbə sakini Rəfael Cabbarovun həyətyanı sahəsinə baxış keçiriblər.

Baxış zamanı həyətyanı sahədən kultivasiya yolu ilə becərdilən, ümumi çəkisi 12 kiloqram 785 qram olan 172 ədəd çətənə kolu aşkar edilib. R. Cabbarovun evindən isə 5 kiloqram 15 qram qurudulmuş marixuana aşkar edilib.

Azvision.az


Teqlər: Bakı   Narkotik  





Xəbər lenti