Bakının bəzi əraziləri qazsız qaldı

Bakının bəzi əraziləri qazsız qaldı
  12 İyun 2020    Oxunub:2425
İyunun 12-də səhər saatlarından etibarən Yasamal rayonu, Tbilisi prospekti, “Çıraq Plaza”nın qarşısında yol keçidinin tikintisi ilə əlaqədar yeni çəkilmiş diametri 315 millimetr olan polietilen yeraltı təbii qaz xəttinin mövcud şəbəkəyə qoşulması işlərinə başlanılıb.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a bildirilib ki, işin icrası üçün müvəqqəti olaraq qaz təchizatı dayandırılıb. Bu müddətdə Yasamal rayonu, Tbilisi prospekti 47, 49, Ş.Mehdiyev küçəsi 95, 97, 97a, “Tamam” MTK, “Grand Həyat” MTK, 1-ci Alatava qəsəbəsində, o cümlədən Nəsimi rayonu, Salamzadə, A.Əliyev küçələrində bir qrup istehlakçının qaz təchizatında fasilə yaranıb. Əlavə olaraq Ə.Topçubaşov, 1-ci mikrorayon H.Ələsgərova, E.Qasımzadə, C.Cabbarlı küçələrində də qaz təchizatı məhdudlaşdırılıb.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti