Balakəndə ağır qəza: 2 ölü, 2 yaralı

   Balakəndə ağır qəza:    2 ölü, 2 yaralı
  12 İyun 2020    Oxunub:1984
İyunun 11-də saat 21 radələrində Balakən rayonunun Mahamalar kəndi ərazisində şəhər sakini V.Musayev idarə etdiyi “VAZ-21015” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, qəza nəticəsində avtomobildəki sərnişinlərdən Qazma kənd sakinləri Elçin Verdiyev, Kənan Yüzbaşıyev hadisə yerində ölüb, sürücü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Balakən Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Balakən   Qəza  





Xəbər lenti