Karantin qaydalarını pozan internet klub aşkarlandı

  12 İyun 2020    Oxunub : 1771
Karantin qaydalarını pozan internet klub aşkarlandı
Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan internet klub aşkarlanıb.
Azvision.az -ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsi Post Patrul Xidməti və 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyunun 11-də Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində “Hooligans” internet klubunun sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 8 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin sahibi A.Bağırlı 1500 manat, digərləri 100 manat cərimə olunublar.

Azvision.az

Teqlər: İnternet-klub   Cərimə   Karantin