Yolu keçən piyadanı maşın vurub öldürdü

Yolu keçən piyadanı maşın vurub öldürdü
  12 İyun 2020    Oxunub:2410
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, iyunun 11-də saat 17 radələrində Tovuz rayonunun Qovlar şəhəri ərazisində Əyyublu kənd sakini N.Abbasov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən Yanıqlı kənd sakini Vəfa Əsgərovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Bərdə   Oğurluq  





Xəbər lenti