Keçmiş məhkum oğurluq etdi

Keçmiş məhkum oğurluq etdi
  12 İyun 2020    Oxunub:3052
Bərdə rayonunda oğurluq edən keçmiş məhkum tutulub.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 12-dən 31-dək olan müddətdə rayon ərazisindəki 4 həyətdən su mühərriki və qızdırıcısı, 1 evdən məişət əşyaları, 2 avtomobildən pul və sənəd oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş S.Həsənov saxlanılıb.

Azvision.az


Teqlər: Bərdə   Oğurluq  





Xəbər lenti