Azvision.az DİN-ə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Z.Səfərovanın “Mercedes” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakini R.Kazımov saxlanılıb.