Liftdə köməksiz qalan 4 nəfər xilas edilib

Liftdə köməksiz qalan 4 nəfər xilas edilib
  13 İyun 2020    Oxunub:2917
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi, Xətai və Səbail rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az


Teqlər: FHN   Xİlasetmə  





Xəbər lenti