Mingəçevirdə avtomobil 6 piyadanı vurdu

Mingəçevirdə avtomobil 6 piyadanı vurdu
  13 İyun 2020    Oxunub:3285
Daxili İşlər Nazirliyi (DİN) Mingəçevirdə piyadanın ölüm ilə nəticələnən qəza barədə məlumat yayıb.
DİN-dən Azvision.az -a bildirilib ki, iyunun 12-də saat 16 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakinləri T.Mövlamovun idarə etdiyi “Hyundai” və K.Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşduqdan sonra idarəetməni itirmiş “Mercedes” markalı avtomobil yolun kənarında dayanmış 6 nəfəri vurub, daha sonra elektrik dirəyinə dəyib.

Dirəyin aşması nəticəsində Ağdam rayon sakini Təzəgül Abbasova hadisə yerində ölüb, şəhər sakinləri olan 5 nəfər xəstəxanaya yerləşdiriliblər. Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti