Ağstafada iki qonşunun davası qətllə bitdi
Belə ki, kənd sakini, 1991 ci il təvəllüdlü Heydərov Tural Misir oğlu küçədə səs-küy salıb. Kənd sakini olan 1977-ci il təvəllüdlü Şəmilov Hürriyyət Qavrel oğlu ona iradını bildirib. Bu zaman hər iki şəxs arasında mübahisə yaranıb. Nəticədə Tural Heydərov Hürriyyət Şəmilovun boğaz nahiyəsindən bıçaqla vuraraq onu qətlə yetirib.
Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Azvision.az