Oğurluq edən keçmiş məhkumlar tutuldu

Oğurluq edən keçmiş məhkumlar tutuldu
  15 İyun 2020    Oxunub:2815
Suraxanı Rayon Polis İdarəsnin 30-cu Polis Şöbəsi və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Suraxanı rayonu ərazisindəki evlərin birindən 1710 manat pul və 750 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş R.Qabilov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsnin 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki mağazaların birindən 850 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş H.Nurəliyev saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti