Maşınlardan oğurluq edən şəxs saxlanıldı

Maşınlardan oğurluq edən şəxs saxlanıldı
  15 İyun 2020    Oxunub:2942
Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əməliyyat zamanı iyunun 14-də “Peugeot” markalı avtomobildən pul, skeyt və videoqeydiyyat cihazı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini A.Əlimərdanov saxlanılıb.

Polis əməkdaşları tərəfindən onun daha üç avtomobildən oğurluğa cəhd göstərməsi də müəyyən edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti