Bakıda yanğın: Sakinlər təxliyə edildi

Bakıda yanğın: Sakinlər təxliyə edildi
  16 İyun 2020    Oxunub:2306
Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanına yığılan tikinti materialları 3 m² sahədə yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti