Xudatda piyadaları vurub qaçan sürücü tutuldu
Belə ki, iyunun 15-də, saat 22 radələrində, Xudat şəhəri ərazisində Siyəzən şəhər sakini Tərlan Əliyevin idarə etdiyi “VAZ-2102” markalı 53-BD-083 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyadalar - İbrahim Şahbazov və Nurməhəmməd Seyidəliyevi vurması nəticəsində sonuncu aldığı xəsarətlərdən vəfat edib, İ.Şahbazov isə bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fakta görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə və meyitə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İstintaqla hadisənin T.Əliyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq idarə etdiyi avtomobillə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və müdafiəçinin iştirakı ilə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Azvision.az
Teqlər: Prokurorluq Xaçmaz