Balakəndə narkotik becərənlər tutuldu
Onun yaşadığı ünvana baxış keçirilən zaman ümumi çəkisi 8 kiloqrama yaxın olan 1391 ədəd çətənə bitkisi və qurutmaq üçün sərdiyi 1,5 kq qurudulmamış marixuana aşkar edilərək götürülüb.
Araşdırma zamanı Ş.Şeyxovun həmin narkotik vasitəni X.Novruzovla birlikdə əkib-becərdiyi məlum olub. X.Novruzov da şübhəli şəxs qismində saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış keçirilən zaman sellofan torbada 790 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
Azvision.az
Teqlər: DİN