Bərdədə çətənə yetişdirən şəxs saxlanılıb

Bərdədə çətənə yetişdirən şəxs saxlanılıb
  16 İyun 2020    Oxunub:2086
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a bildirilir ki, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Samux kənd sakini Röyal Kərimov saxlanılıb.

R. Kərimovun kənd ərazisindəki əkin sahəsində narkotik tərkibli bitkiləri aqrotexniki qaydalarla yetişdirdiyi müəyyən olunub və oradan 42 ədəd çətənə kolları aşkar edilərək götürülüb. Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.


Azvision.az



Teqlər: DİN  





Xəbər lenti