Nabranda sürücü piyadanı öldürüb qaçdı

Nabranda sürücü piyadanı öldürüb qaçdı
  16 İyun 2020    Oxunub:2381
Xaçmaz rayonunun Nabran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, iyunun 16-da saat 2 radələrində Xaçmaz rayonunun Nabran kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Qaradağbuduq kənd sakini Arif Vəliyev vurulub.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Azvision.az



Teqlər: Qəza   DİN  





Xəbər lenti