Kürdə batan şəxsin meyiti tapıldı

Kürdə batan şəxsin meyiti tapıldı
  16 İyun 2020    Oxunub:2401
Kür çayının Sabirabad rayonu, Quruzma kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1989-cu il təvəllüdlü Abdullayev İlham Əhəd oğlunun axtarışları başa çatıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, İ.Abdullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Azvision.az


Teqlər: FHN   Xilasetmə   Kür   Batıb  





Xəbər lenti