Xaçmazda əyləncə məclisi təşkil edən 11 nəfər cərimələndi

   Xaçmazda əyləncə məclisi təşkil edən 11 nəfər cərimələndi
  16 İyun 2020    Oxunub:3544
Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə respublikada elan edilmiş xüsusi karantin qaydalarını pozaraq rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində əyləncə məclisi təşkil edən 11 nəfər şəxs məsuliyyətə cəlb olunublar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, bölmə əməkdaşları tərəfindən iyun ayının 14-dən 15-ə keçən gecə qaydaları kobud şəkildə pozaraq məclis təşkil edən həmin obyektin fəaliyyəti dayandırılıb, obyekt sahibi və məclisdə iştirak edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.



Azvision.az


Teqlər: DİN  





Xəbər lenti