Masallıda birmərtəbəli ev yanıb

Masallıda birmərtəbəli ev yanıb
  16 İyun 2020    Oxunub:4426
Masallı rayonu, Yelağac kəndində ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları 130 m² sahədə, bitişik ümumi sahəsi 70 m² olan tövlənin yanar konstruksiyaları 50 m² sahədə və tövlənin işərisinə yığılan 3 ton ot bağlamasının 2 tonu yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, evin, tövlənin, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: Masallı   Yanğın   FHN  





Xəbər lenti