Naxçıvanda 700-ə yaxın həkim var

 Naxçıvanda 700-ə yaxın həkim var
  17 İyun 2020    Oxunub:2446
Hazırda muxtar respublikada əhaliyə 224 tibb müəssisəsi tərəfindən səhiyyə xidməti göstərilir.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, həmin tibb müəssisələrində 695 həkim, 2 min 212 orta tibb işçisi çalışır: "Artıq yerli həkim kadrları tərəfindən müstəqil şəkildə TUR, açıq ürək, ürək damarlarına stent qoyulması, laparoskopik, göz və digər mürəkkəb cərrahiyyə əməliyyatları aparılır. Mürəkkəb cərrahi əməliyyatların da Naxçıvanda həyata keçirilməsi əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısını alıb. Aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələri çərçivəsində açıq ürək əməliyyatları, ürək damarlarına stent qoyulması, müxtəlif göz və digər əməliyyatların aparılması uğurla davam etdirilir".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Səhiyyə   Həkim  





Xəbər lenti